image-download-2025-02-27t195214-245backend

PKK lideri Öcalan silahlıları silahı yerə qoymağa çağırır

Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri, ömürlük həbs cəzası çəkən Abdulla Öcalan təşkilat üzvlərini silahlarını yerə qoymağa və Türkiyə ilə silahlı qarşıdurmanı dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, Öcalanın müvafiq müraciətini daha əvvəl PKK liderini həbsxanada ziyarət etmiş və mesajı çatdıran kürd yönümlü DEM partiyasının nümayəndələri jurnalistlərə oxuyub.
“Mən bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm. Qurultayınızı keçirin və dövlət və cəmiyyətlə inteqrasiya ilə bağlı qərarlar qəbul edin. Çünki güc yolu ilə mövcudluğunu dayandırmayan hər bir müasir cəmiyyət və partiya bunu könüllü olaraq edəcək. Bütün qruplar [PKK-ya bağlı] silahlarını yerə qoymalı və PKK dağılmalıdır”, – Öcalan müraciətində bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki