image-kremlin-peskov-ap-1532992_2-1backend

Peskov: Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır

Kremlin sözçüsü Peskov Ukrayna ilə bağlı danışıqlara açıq olduqlarını bildirib.
Elchi.az  xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın paytaxt Moskvada sosial media hesabından verdiyi açıqlamaları dəyərləndirib.
Rusiyanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu qeyd edən Peskov bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqları qadağan edən fərmanı ləğv etməli və Zelenski İstanbul razılaşmaları əsasında dialoqun bərpasına göstəriş verməlidir. Mətbuat katibi Peskov Trampın Rusiya ordusunun itkiləri ilə bağlı açıqlamasını belə şərh edib: “Trampın Rusiya və Ukraynanın itkiləri ilə bağlı açıqladığı rəqəmlər Ukraynanın şərhidir və Ukraynanın rəsmi yanaşmasını əks etdirir. “İtkilərin faktiki rəqəmləri tamamilə fərqlidir.
Peskov Ukraynanın Rusiyadan daha çox itki verdiyini və bu nisbətlərin davam etdirilməsinin Ukrayna ordusunun tam tükənməsinə, səfərbərlik yaşının 18-ə endirilməsinə və məcburi səfərbərliyin sərtləşdirilməsinə səbəb olacağını bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki