Türkiyə-Ermənistan danışıqları tezliklə başlayacaq. Və ya bəlkə də artıq faktiki olaraq başlayıb.
Alp.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, qondarma “soyqırımı”nı inkar edən və anti-erməni mövqedə olan peşəkar diplomat Serdar Kılıç Türkiyə tərəfindən bu məsələ üzrə xüsusi nümayəndə təyin edilib.
“Düşünülürdü ki, bu addıma cavab olaraq erməni tərəfindən də Türkiyə ilə danışıq aparmaq üçün eyni şəkildə sınaqdan keçmiş diplomat təyin olunacaq. Lakin Vətəndaş Müqaviləsi Partiyasının üzvü Ruben Rubinyan nümayəndə təyin edildi”, – deyə nəşr bildirib.
Müəllif yazıb ki, Rubinyanın təyinatı ajiotaj və çaşqınlıq yaradıb, çünki o, xüsusən Türkiyə nümayəndəsinin təcrübəsi fonunda müvafiq diplomatik təcrübə və bacarıqlara malik deyil.
Nəşr bildirib ki, indiki vəziyyətdə Türkiyə-Ermənistan dialoqundan hər hansı bir müsbət gözləntiyə malik olmaq sadəlövhlükdür.Ordu.az