Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Noşera rayonunda cümə namazı zamanı intiharçı hücumu nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, polis rəsmisi bildirib ki, mədrəsənin rəhbəri Mövlana Həmid-ül-Haq, Nouşeranın Akora Xattak bölgəsindəki Darul Ulum Haqqania mədrəsəsində baş verən hücumda həyatını itirib.
Sözügedən mədrəsə bir çox Əfqanıstan Taliban liderinin təhsil aldığı müəssisə kimi tanınır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şayəstə Hüseynova