image-images-29backend

P.Diddinin vəkili məhkəmədə onu müdafiə etməkdən imtina etdiyini açıqlayıb

P.Diddy kimi tanınan reper Sean Combs -un vəkili Entoni Rikko cinsi cinayətlər və insan alveri ittihamı ilə müvəkkilini artıq məhkəmədə müdafiə edə bilməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə  “The Sun”  nəşri məlumat yayıb.
Vəkilin sözlərinə görə, onun prosesdən geri çəkilməsi prosesin başlanmasına və Diddinin tez bir zamanda məhkəmə qarşısına çıxarılmasına kömək edəcək.
“Mən Sean Combs-a məhkəmə prosesi üçün yüksək səviyyəli hüquqi xidmətlər göstərmişəm, lakin heç bir halda bu məsələdə onun vəkili kimi səmərəli fəaliyyət göstərməyə davam edə bilmərəm”, – Rikko bildirib.
Daha əvvəl məlum olmuşdu ki, reper P.Diddinin müdafiəsi sənətçi və prodüserin prokurorlar tərəfindən irqçi təqiblərə məruz qaldığını bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki