image-snimok-yekrana-185backend

Ölkədə tayfun xəbərdarlığı: 255 min insan təxliyə edilib

Filippində təsirli olacağı gözlənilən və super tayfuna çevrilən Man-yi qasırğası səbəbindən 255 min insan evlərindən təxliyə edilib. Ölkə daxilindəki bütün gəmilər limanda qalmağa və ya sahilə qayıtmağa çağırıldı.
Elchi.az xəbər verir ki, Filippində təsirli olacağı gözlənilən Man-yi tayfunu səlahiyyətliləri təşvişə salıb. Ən geci sabah Bikol bölgəsindəki Catanduanes adasının yaxınlığında quruya çıxması gözlənilən qasırğa səbəbiylə ölkə daxilindəki bütün gəmilər limanda qalmağa və ya sahilə qayıtmağa çağırılıb.
Daxili İşlər Nazirliyi rəsmisi Marlo İrinqan, Man-yi qasırğasının gətirdiyi güclü külək və yağışların sel və torpaq sürüşməsinə səbəb ola biləcəyini ifadə edərək, tədbir olaraq 255 min insanın evlərindən təxliyə edildiyini açıqlayıb. “Əgər profilaktik evakuasiya lazımdırsa, bunu edək. Təhlükə anını gözləməyək” deyən İrinqan, “Təhlükə anını gözləsək, təkcə öz həyatımızı deyil, xilasetmə qruplarının həyatını da təhlükəyə atmış olarıq”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki