image-5281114backend

Ölkədə sürüşmə fəlakəti: 10 ev yerin altında qalıb, çoxlu insan itkin düşüb

Çinin Sıçuan əyalətində baş verən torpaq sürüşməsi 10 evi basdırıb, 30 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, Çinin Sıçuan əyalətinin Junlian bölgəsindəki Cinpin kəndində torpaq sürüşməsi baş verib. 10 ev yerin altında qalarkən, 30 nəfər itkin düşüb. Əraziyə çoxlu sayda xilasedicilər göndərilib.
Sürüşmə nəticəsində 2 nəfər xilas edilərkən, 200-ə yaxın insan təhlükəsiz ərazilərə təxliyə edilib. Çin prezidenti Si Cinpin hakimiyyət orqanlarına itkin düşənlərin axtarışı və itkilərin minimuma endirilməsi üçün hər cür səy göstərməyi tapşırıb.
Çinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yüzlərlə personal itkin düşənlərə çatmaq üçün işlərini davam etdirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki