image-2024-yili-dunyanin-en-guvenli-ve-en-tehlikeli-ulkeleri-q59rjx17backend

Ölkədə qanlı qarşıdurma! Bir həftə ərzində ən azı 700 adam öldü

Birləşmiş Millətlər Təşkilatı Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində bazar günündən bəri davam edən şiddətli qarşıdurmalarda ən azı 700 nəfərin öldüyünü, 2800 nəfərin yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, Mərkəzi Afrikada, Konqo Demokratik Respublikasının Qoma şəhərində Ruandanın dəstəklədiyi M23 üsyançı qruplaşması ilə ordu arasında toqquşmaların sayı artır. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik Qomada bazar günündən bəri davam edən qarşıdurmalarda ən azı 700 nəfərin öldüyünü, 2800 nəfərin isə yaralandığını bildirib. Dujarric, rəqəmlərin bazar və cümə axşamı günləri arasında Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşları və Konqo Demokratik Respublikası hökuməti tərəfindən edilən qiymətləndirməyə əsaslandığını söylədi. Dujarrik ölənlərin sayının daha da artacağı ilə bağlı xəbərdarlıq edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki