İsrailin baş naziri Benyamin Netanyahunun kabinet üzvlərini “təhlükəsizlik üzrə məsləhətləşmə” iclasına çağırdığı bildirilib.
xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın xəbərində bildirilib ki, “ təhlükəsizlik məsləhəti” toplantısı bu axşam Tel-Əvivdəki Müdafiə Nazirliyinin kampusunda keçiriləcək.
İclasın gündəliyi ilə bağlı məlumat verilməsə də, İsrailin İranın raket hücumuna cavab verəcəyi xəbərinin gündəmdə olduğu bir vaxtda baş tutması diqqət çəkib.
İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.
Nuranə Məmmədova