image-snimok-yekrana-219backend

Netanyahu “sövdələşməyə” görə Trampa təşəkkür etdi!

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, Netanyahu Qəzzada əldə olunan razılaşmaya görə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və ABŞ-ın hazırkı prezidenti Co Baydenə təşəkkür edib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu telefon danışığında ABŞ-ın seçilmiş prezidenti Donald Trampa və ABŞ-ın hazırkı prezidenti Co Baydenə girovların azad edilməsində göstərdikləri dəstəyə görə təşəkkür edib.
Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, Netanyahu tezliklə Vaşinqtonda Donald Trampla görüşməyi planlaşdırıb.
Benyamin Netanyahu da girovların qaytarılması ilə bağlı razılaşmaya verdiyi töhfələrə görə Co Baydenə təşəkkür edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki