İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.
Elchi.az xəbər verir ki, Baş nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada Qalantın vəzifəsindən azad edildiyi bildirilib.
Netanyahu Gallant -ın işdən çıxarılması ilə bağlı verdiyi açıqlamada, “Aramızda (Gallant ilə) inam sarsıldı. Aramızdakı uçurumu aradan qaldırmaq üçün dəfələrlə cəhd etdim, ancaq bu, daha da genişləndi” – deyib.
Yerli mətbuatda yayılan xəbərlərdə Gallantın müdafiə naziri postunda hazırkı xarici işlər naziri Yisrael Katz ilə əvəzləndiyi bildirilib.
Qeyd olunub ki, Netanyahunun köhnə rəqibi və yeni müttəfiqi Gideon Saar xarici işlər naziri postunda Katzı əvəz edəcək.
Netanyahu dolayı yolla Gallantı “İsrailin düşmənlərinə” yardım etməkdə ittiham edib.
Netanyahu qərarından sonra yayımladığı video mesajında Gallantı hədəf alıb.
Qəzza zolağına edilən hücumların ilk aylarında Gallant ilə aralarında “etibar” olduğunu iddia edən Netanyahu, “Lakin son aylarda müdafiə naziri ilə mənim aramda olan bu etimad qırıldı” – deyib.
Netanyahu iddia edib ki, o və Gallant Qəzzaya edilən hücumların idarə olunmasında razılığa gəlməyiblər və Müdafiə Naziri kabinet qərarlarını pozan “qərarlar və bəyanatlar” verib.
Müdafiə nazirini tənqid etməyə davam edən Netanyahu Gallantı “İsrailin düşmənlərinə dolayısı ilə yardım etməkdə” ittiham edib.
Qallant istefa qərarından sonra istefa məktubunu Netanyahuya təqdim edib.
Netanyahu ilə Gallant arasında fikir ayrılığı olduğu məlum idi. İsrailin baş naziri bundan əvvəl Gallantı vəzifədən uzaqlaşdırmağa çalışsa da, etirazlardan sonra bu qərarından geri çəkilib.
Nuranə Məmmədova