image-resim-2025-02-13-185632452backend

“Ne Zha 2” filmindən rekord gəlir

Çin ədəbiyyatı klassiki əsasında çəkilmiş cizgi filmi “Ne Zha 2” Çində 10 milyard yuan (1,3 milyard dollar) gəlir əldə edən ilk film olub.
Elchi.az xəbər verir ki, Sinxua-nın məlumatına görə, film nümayiş olunduğu 16-cı gündə kassa gəliri 10 milyard yuana çatıb.
Beləliklə, Ne Zha 2 Çində kassada 10 milyard yuan həddini keçən ilk film oldu.
16-cı əsrdə yazılmış klassik “Fınqşın Yanyi” (Tanrıların qətiyyəti) romanının adaptasiyası olan fantastik cizgi filmi Çin Buddizmində qoruyucu tanrı “Ne Zha”nın  macəralarından bəhs edir.
Tənqidçilər 2019-cu ildə tamaşaçılarla görüşən ilk filmin davamı olan “Ne Zha 2″nin Çin folklorundan qaynaqlanan hekayəni hərəkət, yumor və romantika ilə birləşdirərək uğurlu bir tamaşa olduğunu qeyd etdilər.
Ne Zha 2 fevralın 6-da 5,77 milyard yuan (804 milyon dollar) gəlirlə “ən çox gəlir gətirən kinofilm” oldu.
Film əvvəlki kassa hiti olan 2021-ci ildə “Çanjin gölünün döyüşü” filmini geridə qoydu.
Fevralın 7-də 6,7 milyard yuan (947 milyon dollar) gəlir əldə edən film 2015-ci ildə “Ulduz müharibələri: Qüvvət oyanır” filminin ABŞ-da kassa gəlirini də üstələdi və “bir bazarda ən çox gəlir gətirən film” oldu.
Film fevralın 8-də kassa gəliri 1 milyard dollara çatdı və bu göstəricini keçən ilk qeyri-Hollivud istehsalı oldu.
Fevralın 10-da 160 milyonu keçən tamaşaçı ilə Ne Zha 2, 2017-ci ildə 159 milyon insanın izlədiyi “Qurd Döyüşçüsü 2” filmini geridə qoyaraq, Çində “bütün zamanların ən çox baxılan filmi” oldu.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki