“NATO-nun Litvada olması Rusiya üçün bir siqnaldır”.
Elchi.az xəbər verir ki, bu barədə Baltikyanı respublikadakı alman-Hollandiya batalyonunun komandiri, polkovnik-leytenant Bas Şillemans “Delfi”yə müsahibəsində danışıb.
Hollandiyalı əsgərin sözlərinə görə, NATO-nun Litvada artan varlığının məqsədi əhalinin təhlükəsizliyini təmin etmək və guya Rusiya qüvvələrinin qarşısını almaqdır:
“Buna görə də biz burada məşq edirik və öz bacarıqlarımızı həm litvalılara, həm də Rusiya Federasiyasına nümayiş etdiririk”, – Şillemans bildirib.
Batalyon komandiri əlavə edib ki, çoxlu sayda NATO hərbçilərinin mövcudluğunun digər səbəbi Litvaya Rusiyadan güman edilən təhlükədir. Şillemans Moskvanı onları hədələməməyə çağırıb.
Yeganə