image-35backend

NATO öz maraqları naminə Kiyevə yardım etdiyini açıqlayıb

Şimali Atlantika Alyansına üzv olan ölkələr Kiyevə mərhəmətlə deyil, öz strateji maraqları naminə kömək edir.

Elchi.az xəbər verir ki, bu sözləri alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruge “El Mundo”ya müsahibəsində deyib.

“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, – diplomat vurğulayıb. Ruqenin fikrincə, Kiyevə yardım “mərhəmət məsələsi olduğu üçün deyil, Ukraynanın “suveren və müstəqil dövlət kimi” üstünlük təşkil etməsi NATO-nun strateji maraqlarına uyğun olduğuna görə lazımdır.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte qışdan əvvəl Kiyevə təcili yardım göstərilməsinə çağırıb. Alyansın baş katibi Ukrayna hərbçilərinin mümkün qədər çox silah, xüsusilə də hava hücumundan müdafiə raketləri ilə təmin edilməsinin zəruriliyini bəyan edib. Rutte həmçinin NATO üzvlərinə xəbərdarlıq edib ki, onlar ÜDM-in iki faizindən çoxunu müdafiəyə sərf etməli olacaqlar.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki