image-36backend

NATO Baltik və Aralıq dənizlərində pilotsuz gəmilərdən ibarət donanma yaradacaq

Şimali Atlantika Alyansı Aralıq dənizi və Baltik dənizlərində sualtı infrastrukturun qorunması üçün pilotsuz gəmilərdən ibarət donanma yaratmağı planlaşdırır.

Elchi.az xəbər verir ki, bunu fransalı admiral, NATO-nun transformasiya üzrə ali komandanı Pyer Vandier Amerikanın həftəlik “Defence News” nəşrinə müsahibəsində deyib.

Qeyd olunur ki, dəniz nəzarətinin gücləndirilməsinin planlaşdırılmasına Avropa sularında sualtı kabellərin zədələnməsindən sonra başlanılıb. Vandierin sözlərinə görə, alyans NATO ölkələrinin vəziyyəti görüb nəzarət edə bilməsi üçün belə gəmilərdən ibarət donanmanın yaradılmasının ilkin mərhələlərinə başlayıb. O qeyd edib ki, belə bir donanmanın 2025-ci ilin iyununda Hollandiyada keçiriləcək növbəti alyans sammitinə qədər formalaşdırılması planlaşdırılır.

Daha əvvəl bildirilmişdi ki, NATO Çinin Yi Peng 3 yük daşıyıcısını Baltik dənizində lövbərlə kabelləri qəsdən zədələməkdə şübhələndirir. “The Wall Street Journal”ın xəbərinə görə, yük gəmisinin heyəti bilərəkdən lövbəri yerə salıb və hərəkətini davam etdirib, bundan sonra lövbər İsveç və Litva arasındakı kabeli qırıb, bu zaman gəminin transponderi söndürülüb. Altı saat sonra Almaniya ilə Finlandiya arasında ikinci kabel qəsdən zədələnib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki