image-e10d02c5-cc93-37e5-9c1e-602b81b18385_850backend

Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki