Suriyada Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar Hələb və İdlib vilayətlərinin ardınca irəliləyərək Həma vilayətində rejim güclərindən daha 16 yaşayış məntəqəsini geri alıb.
Elchi.az xəbər verir ki, 6 gündür Əsəd rejimi qüvvələri ilə vuruşan Heyət Təhrir Şamın rəhbərlik etdiyi rejim əleyhdarı qruplar Həma əyaləti istiqamətində bəzi kiçik yaşayış məntəqələrini ələ keçirib.
Hələbin şəhər mərkəzinin böyük hissəsini və bütün İdlib vilayətini rejim güclərindən geri alan silahlı qruplar İdlibin cənubundakı rejimin nəzarətindəki Həmanı, Celime, Elzeka, Beridec, Cübbeyin, Tel Meleh qəsəbələrini də işğal edib, Kırkat, Muğayyir və Məbtan və Qab düzünü Tuveynə, Hüveyz, Şəriət və Bab Təkə kəndlərini öz nəzarəti altına aldı.
Heyət Təhrir Şamın başçılıq etdiyi rejim əleyhdarı qruplaşmalar Həmanın şimalında Van Vastani, Madbaa, Ebru Seyf kəndləri və Suran bölgəsini də nəzarətə götürüb.
Rejim əleyhdarı silahlı qruplar Həma şəhər mərkəzi yaxınlığında İranın dəstəklədiyi qrupların qaldığı yeri də hədəf alıb.
Rejim əleyhdarı silahlı qruplar qurduqları xüsusi birlik olan Şahin Briqadaları ilə Həma şəhərinin mərkəzi və ətrafına kamikadze dron hücumları da təşkil edir.
Bu gün rejimin yüksək səviyyəli komandirlərinin görüş mərkəzləri Həma ətrafında kamikadze dronlarla hədəfə alınıb. Bunlara Əbu Seyf və Əl Mətbə daxildir.
Qruplar noyabrın 30-da rejim gücləri üzərində üstünlük əldə etdikləri Həmanın şimalında Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Madik qalası, Latamine, Soran, Kirnez, Maardis, Hammaiyet və Termele qəsəbələrini nəzarətə götürüblər.
Silahlı qruplar Həmanın M5 magistral yolu üzərindəki ən əhəmiyyətli rayonlarından biri olan Morik bölgəsini də rejim güclərindən ələ keçirib.
Şayəstə Hüseynova