Teleqramın yaradıcısı Pavel Durovun həbsindən sonra şirkət 2 mindən çox istifadəçinin məlumatlarını ABŞ hakimiyyətinə təhvil verib.
Elchi.az bu barədə “404media messencer” hesabatına istinadən yazır.
Nəşr öyrənib ki, cəmi 2024-cü ildə Telegram xidmət istifadəçilərinin İP ünvanları və ya telefon nömrələri ilə bağlı ABŞ-dan 900 sorğunu yerinə yetirib və bununla da 2253 nəfərin məlumatını təqdim edib. Eyni zamanda, hesabata görə, 2024-cü ilin oktyabrından dekabr ayına qədər tamamlanan sorğuların sayı kəskin artıb.
Dekabrın 6-da bildirildi ki, Durov ilk dəfə Paris məhkəməsində mahiyyəti üzrə dindirilib. Sahibkar Fransa ədalətinə inandığını bildirib. Oktyabr ayında Telegram-ın təsisçisi bildirmişdi ki, messencer 2018-ci ildən hakimiyyətlə əməkdaşlıq edir. Onun sözlərinə görə, platforma administrasiyası qanuni sorğuya cavab olaraq cinayətkarların İP ünvanlarını və telefon nömrələrini açıqlayıb.
Sentyabrın 23-də Durov eyni məlumatların “müvafiq orqanlara” ötürülə biləcəyini söylədi. O qeyd edib ki, bu cür tədbirlər cinayətkarların qarşısını almağa kömək edəcək.
Yeganə