image-140612083631-europe-boutique-hotelsbackend

Məşhur otel yanğında kül oldu! 100 nəfər təxliyə edilib

Londonda yanğınsöndürmə məntəqəsi kimi istifadə edilən və daha sonra dəbdəbəli otelə çevrilən Chiltern Firehouse yanğın nəticəsində külə dönüb. Yanğın zamanı xəsarət alan olmayıb. Beşulduzlu oteldən yüzə yaxın insan təxliyə edilib.
Elchi.az xəbər verir ki, məşhurların diqqət mərkəzinə çevrilən və Dua Lipa, Ledi Qaqa, Tom Kruz və Conni Depp kimi məşhur adların qonaq olduğu Chiltern Firehouse-da baş verən yanğınla bağlı araşdırma başladılıb.
London yanğınsöndürmə briqadası, xəsarət alanların olmadığını və ekipajların gecə boyu hadisə yerində qaldığını bildirib.
Chiltern Firehouse bazar günü Bafta mükafatlandırma mərasimi üçün Netflix partiyasına ev sahibliyi etməli idi, lakin sahibi Andre Balazs, məkanın “sonrakı xəbərdarlığa qədər bağlı qalacağını” söylədi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki