Meksika hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizliyi gücləndirməyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” yerli KİV-ə istinadən məlumat yayıb.
Qeyd olunur ki, fevralın 4-ü səhər saatlarında Milli Qvardiyanın 990 əməkdaşı Meksika-ABŞ sərhədinə yerləşdirilib. Ümumilikdə orada on minə qədər Milli Qvardiya əməkdaşı və hərbçi yerləşdirməyi planlaşdırırlar.
Daha əvvəl bildirilmişdi ki, Mexiko və Vaşinqton ABŞ prezidenti Donald Trampın fevralın 4-də tətbiq edəcəyini vəd etdiyi 25%-lik rüsumların tətbiqini bir ay təxirə salmağa razılaşıblar.
Nuranə Məmmədova