Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.
Elchi.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin ediliblər.
Hər iki şəxs dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.