image-akciger-kanseri-2298264_1backend

Maraqlı kəşf: Aspirin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala bilər

Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyinə dair əhəmiyyətli tapıntılar əldə ediblər. Araşdırmalara görə, aspirin immun sistemini gücləndirərək, xərçəng hüceyrələrini daha effektiv aşkar edib məhv etməyə imkan verir.
Elchi.az xəbər verir ki, Kembric Universitetinin rəhbərlik etdiyi tədqiqat xərçəngin müalicəsində aspirinin istifadəsi ilə bağlı ümidverici nəticələr təqdim edib.
Araşdırmada xərçəngin bədəndə yayılmasına təsir edən 810 fərqli gen araşdırılıb və 15 genin metastazda həlledici rol oynadığı müəyyən edilib.
Xüsusilə, ARHGEF1 adlı zülal istehsal edən geni olmayan siçanlarda xərçəngin ağciyərlərə və qaraciyərə daha az yayıldığı müəyyən edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki