Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Amerikanın Avropa İttifaqına qarşı sanksiyaları təkcə Avropaya deyil, həm də ABŞ-ın özünə zərər verəcək.
Elchi.az bu barədə BBC-yə istinadən xəbər verir.
“Birincisi, sizin əsas probleminiz Avropa Birliyidirmi? İlk probleminiz Çindir, ona görə də diqqətinizi buna yönəltməlisiniz.
İkincisi, Avropa sizin müttəfiqinizdir və əgər siz Avropanın investisiya və müdafiə və təhlükəsizlik məsələlərinə daha çox cəlb olunmasını istəyirsinizsə, onu tariflərlə hədələməklə Avropa iqtisadiyyatına zərər vurmamalısınız”, – deyə o, CNN telekanalında bildirib: “Bir çox sektorlar üçün tariflər qiymətləri qaldıracaq və ABŞ-da inflyasiyaya səbəb olacaq”.
Makron qeyd edib ki, Avropa İttifaqı ABŞ-dan fəal şəkildə “rəqəmsal xidmətlər” alır. “Biz rəqəmsal xidmətlərin çox böyük alıcısıyıq. Ticarət kəsirindən danışarkən rəqəmsal xidmətlərə diqqət yetirmək olmaz”, – Fransa prezidenti bildirib.
Yeganə