“Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfəri hazırlanır, hələlik dəqiq tarix yoxdur”.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, prezidentlər bu yaxınlarda telefon danışığı zamanı belə bir səfərin yaxın gələcəkdə baş tutacağına razılaşıblar.
“Belarus prezidentinin Rusiyaya səfəri hazırlanır”, – Kremlin sözçüsü bildirib.
O, əlavə edib ki, Lukaşenkonun Rusiyaya səfərinin tarixi daha sonra açıqlanacaq.
“Biz bunu belaruslu həmkarlarımızla birlikdə edəcəyik”, – Peskov bildirib.
Moskvanın Minskin Ukrayna münaqişəsinin həllində iştirakında maraqlı olması ilə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenkonun hər görüşündə Ukrayna mövzusu müzakirə olunur.
“Bu məsələ daim gündəmdədir”, – deyə Peskov vurğulayıb.
Bundan əvvəl Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində Ukrayna münaqişəsinin həllinə “böyük məmnuniyyətlə” kömək edəcəyini bildirmişdi.
“Putin və Lukaşenko daim təmasdadır” deyə Peskov bildirib. Liderlər arasında sonuncu məlum söhbət yanvarın sonunda Putinin belaruslu həmkarını seçkilərdəki qələbəsi münasibətilə təbrik edərkən baş tutub.
Yeganə