“Belarusun ikinci atom elektrik stansiyasına ehtiyacı olduğu anlaşılır”.
Elchi.az xəbər verir ki, bunu ölkə lideri Aleksandr Lukaşenko bildirib.
Dövlət başçısı vətəndaşların elektrik enerjisinə artan tələbatına diqqət çəkib. Bu həm sənaye ehtiyaclarına, həm də ev təsərrüfatlarına aiddir.
Lukaşenko deyib: “Mən getdikcə daha çox əmin oluram ki, bizim ikinci atom elektrik stansiyası tikməliyik. Belarus lideri də ötən ilin yazında oxşar istəyi artıq ifadə etmişdi.
Yeganə