Litvanın milli müdafiə naziri Laurinas Kasciunas Avropa İttifaqının və üzv ölkələrin rəhbərliyini Ukraynaya alınan silahlarla, o cümlədən uzaq mənzilli raketlərlə Rusiya Federasiyasının ərazisinə zərbə endirməsinə icazə verməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Biz imkan verməliyik ki, ukraynalılar Rusiyaya qarşı bütün güclərini göstərsinlər”, – nazir bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri Kiyevə verilən silahların istifadəsinə heç bir məhdudiyyətin olmadığını açıq şəkildə bəyan etməlidir.
Kasciunas xatırladıb ki, iyun ayında Litva Müdafiə Şurası üç il ərzində Ukraynaya ölkənin ÜDM-nin ən azı 0,25%-i həcmində hərbi dəstək vermək barədə qərar qəbul edib və digər Aİ ölkələrini də eyni qərarı qəbul etməyə dəvət edib.
Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiya ərazisinin dərinliklərinə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün Qərb ölkələrindən razılıq almağı gözləyir. O qeyd edib ki, Ukrayna eksklüziv olaraq qanuni hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır. Söhbət Rusiyanın hərbi aerodromlarından gedir, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib.
Nuranə Məmmədova