Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqını (Aİ) 800 milyard avroya yenidən silahlandırmaq üçün təklif etdiyi təşəbbüsün həqiqi “müdafiə ittifaqı” qurmağa imkan verəcəyini söylədi.
Elchi.az “Reuters-ə istinadən xəbər verir ki, Leyenin təşəbbüsü müdafiə sənayesinə 150 milyard avroya qədər kredit cəlb etməyi və müdafiə tədarüklərini artırmaq və müdafiə sənayesini inkişaf etdirmək üçün təxminən 650 milyard avronu azad etməyi nəzərdə tutur.
Leyen müdafiə xərclərinin artırılması zərurətini Ukraynaya özünü müdafiə etmək imkanı vermək ehtiyacı ilə əsaslandırıb.
Xatırladaq ki, Slovakiyanın baş naziri Robert Fiko fevral ayında bildirmişdi ki, Avropa İttifaqı “hərbi dəlilikdən” əl çəkərək münaqişəyə yanaşmasını yenidən nəzərdən keçirməlidir.
Yeganə