Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 5-6-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurası) iclasında iştirak edəcək.
Elchi.az xəbər verir ki, görüş Maltada, Vallettada baş tutacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 5-6-da Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və Rusiya nümayəndə heyəti ATƏT Nazirlər Şurasının növbəti iclasında iştirak edəcəklərini bildirib.
Görüş zamanı tərəflər bir sıra Qərb dövlətlərinin öz maraqlarına tabe etdirməyə çalışdıqları təşkilatdakı böhranlı vəziyyəti müzakirə edəcəklər. Bundan əvvəl Litva Rusiyanın xarici işlər naziri Sergey Lavrovun orada olması səbəbindən ATƏT Nazirlər Şurasının iclasında öz təmsilçiliyinin statusunu aşağı salmışdı. Artıq Rusiya Xarici İşlər Nazirliyi buna cavab verib və qeyd edib ki, Vilnüs bu cür hərəkətlərlə özünü təhqir edib.
Yeganə