image-788e9b38-cc1b-31b0-8324-926dd04bcd2f_850backend

Latviyada Rusiya və Belarusa turist səfərlərini qadağan edən qanun layihəsi dəstəklənib

Latviya Seymi ölkə turoperatorlarının Rusiya və Belarusa səfərlər üçün turizm xidmətləri təklif etməsini və göstərməsini qadağan edən qanun layihəsini dəstəkləyib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın saytında bildirilib.

Bu addım Latviya sakinlərinin Rusiya və ya Belarusa səfər edərkən casusluğa cəlb edilə biləcəyi mümkünlüyü ilə əsaslandırılıb.

“Qadağanın Latviyada qeydiyyata alınmış turizm xidməti tədarükçülərinin hamısına şamil ediləcəyi planlaşdırılır”, – məlumatda qeyd olunub.

Məlumata görə, Latviya turoperatorları Rusiyaya turlar təşkil etmir, lakin dörd agentlik Belarusa səfərlər təklif edir.

“Dəyişikliklərin qüvvəyə minməsi üçün Seym onları daha iki oxunuşda dəstəkləməlidir”, – sənəddə bildirilib.

Fevralın 27-də Latviya hökuməti həmin ölkələrin vətəndaşlarının ölkəyə girişinə və viza verilməsinə qoyulan məhdudiyyətləri 2026-cı il dekabrın 31-dək uzadıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki