Məlumata görə, yol Həkəri çayının üzərindən, Şuşa rayonunun Salatınkənd kəndindən və Qayğı qəsəbəsindən keçməklə sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə birləşəcək.
Qeyd edək ki, yeni yolun çəkilməsinin nə qədər müddətə başa çatacağı barədə məlumat yoxdur. Güman edilir ki, yol çəkilişi 1 il ərzində yekunlaşacaq.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabrda imzalanmış razılaşmaya əsasən Laçın dəhlizinə alternativ olaraq 3 il müddətində Azərbaycan Ermənistanla Qarabağı birləşdirəcək alternativ yol çəkməlidir. Rəsmi Bakı bəyan etmişdi ki, prosesi 3 ildən tez həyata keçirəcəklər. Görünür, bu prosesə start verilib.
Onu da bildirək ki, yeni yol çəkildikdən sonra Laçın şəhəri və ətraf kəndlər Azərbaycana təhvil veriləcək.