image-astronotlar-dunyaya-dondureu-2343501_1backend

Kosmosda qapalı qalan astronavtlar Yerə qayıtdı

Beynəlxalq Kosmik Stansiyada 9 aydan çox qapalı qalan iki astronavt Yerə qayıdıb. Astronavtları daşıyan kapsul 17 saatlıq səyahətdən sonra Florida sahillərinə enib.
Elchi.az xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aylarla kosmosda qapalı qalan Butch Wilmore və Suni Williams-ın Dragon kapsulu ilə enişini canlı yayımlayıb.
BKS-də qapalı qalan astronavtları müşayiət edən Wilmore, Williams və NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov təxminən 17 saat davam edən səyahətdən sonra uğurla Yerə enib.
Astronavtlar yerli vaxtla saat 17:57 radələrində Florida sahillərinə eniblər.
Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.
Lakin Starliner-də yaranan texniki problem səbəbindən iki astronavtın qayıdış tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
Təxminən 9 aydır ISS-də qapalı qalan Wilmore və Williams-ı əvəz edəcək yeni ekipaj Space X-in Dragon kapsulu ilə martın 16-da ISS-ə gəlib.
ABŞ, Yaponiya və Rusiyadan olan üzvlərdən ibarət Crew-10 komandası bir neçə gün ərzində Wilmore və Williams-dan BKS haqqında təlim almışdı.
Crew-10 komandasına missiya komandiri Enn Makkleyn və NASA-dan missiya pilotu Nikol Ayers, həmçinin Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Takuya Onishi və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Kirill Peskov daxildir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki