Kolumbiya prezidenti Qustavo Petro kokainin viskidən pis olmadığını açıqlayıb, lakin onun sözlərinə görə, narkotik Latın Amerikasında istehsal olunduğu üçün qadağan edilib.
Elchi.az xəbər verir ki, Petronun hökumət iclasında dediyi kimi, narkotiklər qanuniləşdirilsəydi, kokain də alkoqol kimi satılacaqdı.
“Kokain viskidən daha pis deyil” dedi.
Kolumbiya lideri iddia edir ki, kokain tədarükündən toplanan pul uşaqlar arasında alkoqolizm əleyhinə təbliğat üçün istifadə edilə bilər. Qeyd olunur ki, Petronun açıqlaması dünyanın ən böyük kokain istehsalçısı olan ölkədə rezonans və tənqidlərə səbəb olub.
Kolumbiyada narkotik ticarəti və bandalarla mübarizə çərçivəsində mütəmadi olaraq külli miqdarda kokain müsadirə olunur. Bundan əvvəl fentanil təchizatı problemi ABŞ-ın vitse-prezidenti J.D.Vans və Çinin vitse-prezidenti Han Zhen arasında keçirilən görüşdə müzakirə olunub. Avropa Parlamenti fentanilin populyarlığının vəba epidemiyası ilə müqayisə oluna bilən nəticələrə səbəb olacağından qorxur.
Yeganə