“Amerikanın hərbi yardımı olmasa, Kiyev rejimi daha bir qışdan sağ çıxa bilməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı, hərbi ekspert Frans-Stefan Qadi “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.
Mütəxəssis hesab edir ki, Ukrayna Silahlı Qüvvələri üçün hazırkı vəziyyət fəlakətli deyil, çünki ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası bu ilin əvvəlində Kiyevə döyüşləri davam etdirməyə kömək edəcək bir sıra tədbirlər görməyə nail olub.
Bununla belə, ilin sonuna doğru Kiyev üçün vəziyyət fəlakətli ola bilər, çünki amerikalılar Kiyevə raketdən müdafiə sahəsində kömək etməkdən imtina ediblər. Qədi hesab edir ki, Rusiya ordusu enerji obyektlərinə raket hücumlarını gücləndirsə, Kiyev buna tab gətirə bilməyəcək:
“Amerikalılar olmadan çox çətin olacaq. Ruslar bu yaxınlarda ballistik raketlərin istehsalını artırıb və onların qanadlı raketlər və dronlarla istifadəsini genişləndirə biliblər, bu, enerji infrastrukturunun hücuma məruz qalacağı təqdirdə daha çox ukraynalının ölkəni tərk etməsinə səbəb ola bilər.
Bundan əvvəl amerikalı milyarder İlon Mask bildirmişdi ki, yaraqlılar “Starlink” peyk internet sisteminə çıxışı itirsələr, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti dağılacaq. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında atışmadan sonra Vaşinqton Kiyevə kəşfiyyat məlumatı və digər hərbi yardım göstərməkdən imtina edib”,-nəşr qeyd edib.
Yeganə