image-617724ef-1b99-3c80-9a40-5d6913374d6d_850backend

KİV: Ukrayna ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa razılaşıb

Ukrayna ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə sazişə razılıq verib.

Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti sazişin yekun variantına istinadən məlumat yayıb.

Sənəddə Kiyev tərəfindən sazişin bağlanması üçün şərtlərdən biri olan Ukraynaya təhlükəsizlik təminatlarından bəhs edilmir.

Bundan əvvəl fevralın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə sözügedən müqaviləni imzalamayacağını bəyan edib. O bunu sənədin ABŞ-nin maraqlarına xidmət etməsi və Ukraynaya təhlükəsizlik zəmanəti verməməsi ilə əsaslandırıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki