image-f57ffd38ac08db1f301a34ed98fbe0b0backend

Kanal birdən qırmızı oldu, səbəbi bilinmir!

Argentinanın paytaxtı Buenos-Ayresdə Sarandi kanalı qırmızıya çevrilib. Ətraf Mühit Nazirliyi rəng dəyişikliyinin səbəbini müəyyən etmək üçün nümunələr götürüldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresin ətrafında yerləşən Rio-de-la-Plata çayına axan Sarandi kanalı qırmızıya çevrilib.
Zavodların yerləşdiyi məntəqədən keçən suyun rənginin dəyişməsi rayon sakinlərinin narahatlığına səbəb olub.
Yerli media suyun rənginin tekstil boyası ilə çirklənməsi və ya yaxınlıqdakı anbarın kimyəvi tullantıları ilə bağlı ola biləcəyini bildirib.
Ekologiya Nazirliyindən verilən açıqlamada rəng dəyişikliyinin səbəbini müəyyən etmək üçün sudan nümunələr götürüldüyü açıqlanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki