ABŞ-ın Kaliforniya ştatındakı yanğınlar 24 günlük işdən sonra nəzarət altına alınsa da, təxminən 23 min hektar əraziyə böyük ziyan vurub.
Elchi.az xəbər verir ki, Kaliforniya Meşə və Yanğından Mühafizə Departamentinin internet saytında verilən məlumata görə, İton və Palisades yanğınlarının nəzarət altına alınmasından sonra 24 günlük söndürmə işləri tamamlanıb.
Kaliforniya ştatının müxtəlif yerlərində baş verən yanğınlarda təxminən 23 min hektar ərazi zərər görüb, 29 nəfər həyatını itirib.
Təxminən 16 000 strukturu məhv edən yanğınların səbəbləri səlahiyyətlilər tərəfindən araşdırılır.
Nuranə Məmmədova