image-download-2025-02-28t185343-273backend

İstanbul Zirvəsi nəticə verdi! Rusiya ABŞ-a səfir təyin edib

İstanbul Sammitində Rusiya nümayəndə heyətinə başçılıq edən Aleksandr Darçiyev ABŞ-a səfir təyin edilib.
Elchi.az xəbər verir ki, İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev ABŞ-a səfir təyin edilib.
Səfir qısa müddət ərzində ABŞ-ın paytaxtı Vaşinqtona gedəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun iqamətgahında Rusiya və Amerika nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətini müzakirə etmək üçün keçirilən görüşlə bağlı bunları deyib: “Aparılan konstruktiv dialoqlarla tərəflər müvafiq sahələrdə diplomatik nümayəndəliklərimizin fəaliyyətinin sabitləşdirilməsi istiqamətində ilk konkret addımları müəyyən ediblər” deyə bəyanat verildi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu danışıqların ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün aparıldığını bildirib. “Problemlər ABŞ-ın əvvəlki administrasiyalarının dağıdıcı fəaliyyəti nəticəsində yaranıb. Bu administrasiyalar bilərəkdən Rusiyanın Vaşinqtondakı səfirliyinin işinə maneələr yaradıb və ölkələrimiz arasında diplomatik münasibətlərin strukturuna xələl gətirib “, – Zaxarova bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki