image-15-temmuz-sehitler-koprusu-aa-1876764backend

İstanbul yenidən sülhün ünvanına çevrildi

Türkiyə yenidən Ukraynada sülh danışıqlarına ev sahibliyi edəcək.
Elchi.az xəbər verir ki, Ukrayna müharibəsinin əvvəlində qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətini dayandıran Rusiya və ABŞ nümayəndə heyətləri bu məsələni müzakirə etmək üçün sabah İstanbulda bir araya gələcək.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Qətərə səfər edən Lavrov Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında Suriyadakı vəziyyətə toxunan Lavrov, “Suriyada hakimiyyət dəyişikliyi ilə meydana gələn proses nəzarətdən çıxmamalı və daxili qarşıdurmalara səbəb olmamalıdır”- deyib.
Suriyanın bəzi bölgələrində hələ də müxtəlif qruplar arasında qarşıdurmaların olduğunu və bəzi bölgələrin mərkəzi hökumətdən ayrılmaq niyyətində olduğunu bildirən Lavrov, “Bu, təkcə ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə separatizmi qəbul etmiş kürdlərə deyil, digər etnik dini qruplara da aiddir. Onlar mövcud vəziyyətdən muxtariyyət əldə etmək üçün istifadə etməyi hədəfləyirlər”, –  deyə qiymətləndirmə aparıb.
Lavrov xatırladıb ki, Dəməşq administrasiyası bu kimi problemlərin aradan qaldırılması məqsədi ilə Suriya Milli Dialoq Konfransını təşkil edib.
ABŞ və Avropa ölkələrinin Suriyaya qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Lavrov, bu birtərəfli sanksiyalara qarşı olduqlarını və qeyd-şərtsiz ləğvi üçün səyləri davam etdirəcəklərini bildirib.
“İsrailin hərəkətləri atəşkəs razılaşmasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir”
İsrailin Fələstinə qarşı hərəkətlərini qiymətləndirən Lavrov, “İsrail ordusu HƏMAS və Livanla edilən razılaşmalarda yer almayan əlavə addımlar atır. Bu, Fələstin və Livan məsələlərinə dair razılaşmalara və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarına zidd faktlar yaradır. Bundan narahatıq”, – deyib.
BMT TŞ-nin Fələstin dövlətinin qurulmasını nəzərdə tutan qərarlarının yerinə yetirilməli olduğunu vurğulayan Lavrov, “Əgər bu qərarları ləngitmək və Fələstin dövləti qurmaq əvəzinə fələstinliləri köçürmək cəhdləri olarsa, bu, saatlı bombaya bənzəyəcək” dedi. O, belə danışdı.
Nazir Lavrov Qətərlə təmaslarını davam etdirəcəklərini və bu kontekstdə beynəlxalq platformalarda mövcud imkanlardan istifadə edəcəklərini qeyd edib.
“Avropa Kiyevi müharibəni davam etdirməyə təşviq edir”
Avropanın Ukrayna böhranına yanaşmasına toxunan Lavrov, “Ukraynaya hərbi dəstək paketi təqdim edəcəyini açıqlayaraq, Avropa Kiyev rəhbərliyini müharibəni davam etdirməyə təşviq edir” – deyib.
Sergey Lavrov Avropanın Ukraynaya sülhməramlılar yerləşdirməsi ehtimalı ilə bağlı deyib: “Biz heç bir variant nəzərdən keçirmirik. Bu barədə heç kim bizə sual vermir”, – ifadəsini işlədib.
Lavrov Rusiyanın dondurulmuş aktivləri ilə bağlı məsələlərin ABŞ ilə məsləhətləşmələrdə müzakirə edilmədiyini bildirsə də, bunun ikitərəfli münasibətlərin yaxşılaşdırılması prosesinin bir hissəsi olduğunu vurğulayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki