Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husi İsraili hədələyib. Əbdül-Malik əl-Husi Qəzzada müharibənin yenidən başlayacağı təqdirdə İsrailə atəş yağdıracaqlarını bildirib.
Elchi.az xəbər verir ki, Husilərin lideri Əbdül-Malik əl-Husi İsraili “atəş yağdırmaqla” hədələyib.
Əbdül-Malik əl-Husi Ramazan bayramı münasibəti ilə verdiyi açıqlamada, “Biz Fələstin xalqına və Fələstin müqavimət qruplarındakı mücahid qardaşlarımıza, xüsusilə də HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarına dəstək olmaq üçün mövqeyimizin qətiyyətini və dini, humanitar və mənəvi bağlılığımızı vurğulayırıq”- ifadələrdən istifadə edib.
İsrailin Qəzza zolağında atəşkəsdən yayınmağa çalışdığına və atəşkəsin ikinci mərhələsinə keçmək üçün dayanmağa çalışdığına diqqət çəkən Husi, ” Müharibə Qəzzaya qayıdarsa, düşmən rejiminin (İsrail) bütün bölgələrinə və xüsusilə də işğal altındakı Tel-Əvivə də atəş açacağıq ” deyə bildirib.
Husilər İsrailə qarşı “müxtəlif vasitələrlə hərbi müdaxiləyə qayıdacaqları” ilə hədələyib. 2023-cü ilin noyabr ayından başlayaraq Yəməndə İranın dəstəklədiyi husilər “Qəzza ilə həmrəylik” çərçivəsində Qırmızı dənizdəki İsrail yük gəmilərini raketlər və dronlarla, həmçinin İsrail daxilindəki hədəfləri hədəfə almağa başladılar.
Nuranə Məmmədova