İsrail ordusunun Livanın cənub və şərqinə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri ölkənin şərqindəki Baalbek şəhərinin Əl-Hədir qəsəbəsində bir evi vurub. Hücumda 4-ü qadın olmaqla 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
İsrail təyyarələri ölkənin cənubundakı Sur şəhərində motosikleti hədəfə alıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyə şəhərinin Bint Jubeil rayonundakı Burc Kalaviye qəsəbəsinə gecə saatlarında təşkil etdiyi hücumda bir nəfər ölüb.
Bu gün İsrail ordusu Beyrutun şərqindəki Kahale qəsəbəsinə gedən yolda bir avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə vurub və hücumda 2 nəfər ölüb.
Nuranə Məmmədova