İsrail ordusuna qoşulması tələb edilən, lakin bundan imtina edən gənc Haredi yəhudisi Ben Qurion Beynəlxalq Hava Limanında saxlanılıb.
Elchi.az xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, Tövrat kurslarında (Yeşiva) təhsil alan Haredi hava limanında saxlanılıb.
Xəbərdə həmin şəxsin orduya qatılmaqdan imtina edən və barəsində həbs qərarı çıxarılan 1200 Haredimdən biri olduğu və bu hadisənin İsrailin bu mövzuda ilk addım atdığı ifadə edildi.
Hadisədən sonra bir qrup Haredi etirazçısı həmin şəxsin saxlandığı təcridxana qarşısında nümayiş keçirib.
Şayəstə Hüseynova