HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamaya görə, Qəzza zolağının şimalında İsrail ordusuna aid 3 tank məhv edilib.
Elchi.az xəbər verir ki, Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada hədəf alınan tanklardan birinin Cibaliya şəhərində, ikisinin isə Mesru Beyt Lahiya bölgəsində olduğu bildirilib.
Açıqlamada Merkava tipli olduğu bildirilən tankların partlayıcı maddələr və Yasin 105 raketləri ilə məhv edildiyi qeyd edilib. Tanklara texniki qulluq edən qrup əraziyə gələn kimi onların piyada əleyhinə sursatlarla hədəfə alındığı, ölən və yaralananların olduğu bildirilib.
Qəssam Briqadaları tərəfindən edilən əvvəlki açıqlamada Qəzza şəhərinin şərqində İsrail ordusuna aid bəzi hərbi mexanizmlərin onların hədəfində olduğu açıqlanmışdı.
Açıqlamada Qəzza şəhərinin şərqində Makbere Sarkiyye yaxınlığında İsrail ordusuna aid hərbi nəqliyyat vasitəsinin “Yasin-105” raketi ilə vurulduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin bölgədə tank əleyhinə raketlər daşıyan “Hummer” tipli cip və buldozer də partlayıcılarla vurulub.
Şayəstə Hüseynova