image-thumbs-b-c-9f94e0455d1c4117a0f0c6218d234862backend

İsrail ordusu dənizdən Livana hücum edib

Hava və quru hücumlarından sonra İsrail ordusu dənizdən Livana hücum etməyə başlayıb.
Elchi.az  xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada  bildirilib ki, Hərbi Dəniz Qüvvələri Livandakı Hizbullah “hədəflərinə” hücum edib.
Fırkateynlərdən həyata keçirilən hücumlarda Hizbullaha məxsus “raket sistemləri və silah anbarları” kimi “hədəflərin” vurulduğu bildirilib.
Bəyanatda dənizdən Livana ilk hücumları əks etdirən görüntülər də paylaşılıb.
İsrail ordusu Livanın cənub və şərqinə, eləcə də paytaxt Beyruta intensiv hava zərbələri endirir.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubundakı Hizbullahın infrastrukturuna qarşı “məhdud və intensiv” quru hücumlarına başladığını bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki