image-abd-baskaninin-oglu-donald-trump-jr-italyada-yasa-disi-ava-katilmakla-suclaniyorbackend

İsrail Moldovada səfirliyini açır

İsrail Moldovanın paytaxtı Kişinyovda səfirlik açıb.
Elchi.az xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyindən verilən məlumata görə , İsrailin xarici işlər naziri Gideon Saar Kişinyovda Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy ilə görüşüb.
Görüşdən sonra iki nazir İsrailin Kişinyovdakı səfirliyini mərasimlə açıblar.
Popşoy burada verdiyi açıqlamada Moldovada təxminən 20 min yəhudinin yaşadığına diqqət çəkərək, “Bu qrup cəmiyyətin ayrılmaz bir parçasıdır və ölkəmizin mədəni zənginliyinə töhfə verir” dedi. dedi.
Saar Moldova ilə diplomatik və siyasi əlaqələri inkişaf etdirəcəklərini və səfirlik vasitəsilə əməkdaşlığı gücləndirəcəklərini bildirib.
İsrail 1992-ci ildə Moldovanın keçmiş Sovet İttifaqından müstəqilliyini tanıyıb. Həmin ildə iki ölkə arasında diplomatik əlaqələr də qurulub.
Moldovanın Təl-Əvivdəki səfirliyi 1994-cü ildə açılıb. İndiyədək İsrail Moldova ilə diplomatik münasibətlərini Kiyevdəki səfirliyi vasitəsilə həyata keçirirdi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki