image-israil-askeraa-2198210_1backend

İsrail əsgərləri hətta uşaqları da öldürdüklərini etiraf ediblər

Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizində soyqırım törədən İsrail əsgərləri bölgədə mülki ayrı-seçkilikdən asılı olmayaraq hər kəsin hədəf alındığını, uşaq da olsa ölən hər fələstinlinin “terrorçu” olaraq qeyd edildiyini etiraf edib. .
Elchi.az xəbər verir ki, İsrail ordusu Qəzzanın şimalı ilə cənubu arasındakı əlaqəni kəsən və İsrail sərhədindən Aralıq dənizi sahillərinə qədər uzanan 7 kilometr enində Netzarim dəhlizinin yaxınlığında yaşayan bütün fələstinliləri zorla köçürüb.
İsrail 2023-cü il oktyabrın 7-dən sonra yaratdığı dəhlizdə sakinlərin evlərini hərbi yollar və mövqelər tikmək üçün söküb.
“Haaretz” qəzetinin məlumatına görə, İsrail ordusunun komandanlıq səviyyəsi Netzarim dəhlizində yaradılan “ölüm zonası”nın mövcudluğunu inkar etsə də, İsrail əsgərlərinin açıqlamaları əraziyə yaxınlaşan hər bir fələstinlinin “terrorçu sayıldığını” və öldürüldüyünü ortaya çıxarıb.
“Haaretz”ə danışan İsrail ordusunun 252-ci diviziyasının komandiri “Sahədəki qüvvələr buranı “bədən xətti” adlandırır” deyib. O, sözlərini aşağıdakı ifadələrlə davam etdirdi:
“Toqquşmalardan sonra cəsədlər yığılmır, bu da onları yeməyə gələn it dəstələrini cəlb edir. Qəzzada insanlar bu itləri gördüyünüz yerlərə yaxınlaşmamağı bilirlər”.
Eyni diviziyada xidmət edən yüksək rütbəli İsrail zabiti “Bölmə komandiri bu ərazini “ölüm zonası” olaraq təyin edib. İçəri girən hər kəs güllələnir” deyib. İsrail ordusundan bir müddət əvvəl tərxis edilən 252-ci diviziyanın digər zabiti Netzatim dəhlizindəki “ölüm zonası”nın snayperin atəş edə biləcəyi yerə qədər uzandığını vurğulayıb.
“Biz orada dinc insanları öldürürük və onlar terrorçu sayılır”. İsrailli zabit, “İsrail ordusu sözçünün itki sayı ilə bağlı açıqlamaları bunu birliklər arasında rəqabətə çevirdi. 99-cu diviziya 150 (insan) öldürərsə, növbəti birlik 200-ü hədəfləyir” deyib.
Bu yaxınlarda Netzarim dəhlizindən qayıdan yüksək səviyyəli ehtiyat komandiri qeyd edib ki, İsrail ordusunu “dünyanın ən əxlaqlı ordusu” adlandırmaq Qəzzada “nə etdiklərini dəqiq bilən” İsrail əsgərlərinə bəraət qazandırmaqdan başqa bir şey deyil.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki