HƏMAS sabah keçiriləcək əsir mübadiləsinin 8-ci turunda İsrailin 602 fələstinlini azad edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, HƏMAS-a bağlı Məhbuslar Media Ofisi yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasına uyğun olaraq azad ediləcək fələstinlilərlə bağlı açıqlama verib.
Açıqlamada 50-si ömürlük, 60-ı ağır, 445-i Qəzzadan olmaqla 602 fələstinlinin sabah azad ediləcəyi bildirilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə sabah keçiriləcək məhbus mübadiləsinin 8-ci turunda 6 israilli məhbusun azad ediləcəyini açıqlayıb.
Nuranə Məmmədova