image-45313d91-b22e-35cb-8bee-6b7c57b9d19c_850-2backend

İran XİN: ABŞ nüvə sazişinin bağlanması üçün etimad qazanmalıdır

ABŞ İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün əvvəlcə Tehranın etimadını qazanmalıdır.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İndi vəziyyət bir qədər fərqlidir və əvvəlkindən daha mürəkkəbdir. ABŞ etimadımızı qazanmaq üçün çox iş görməlidir”, – Əraqçi “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-nin yeni Prezidenti Donald Trampın təkliflərini dinləməyə hazırdır, lakin 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının taleyini də nəzərə alaraq Tehranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa inandırmaq üçün daha çox səy göstərmək lazım gələcək.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki