İran Xarici İşlər Nazirliyi Ukraynanı Suriyadakı terrorçulara dəstəyi dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin hərəkətlərini terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərin pozulması adlandıraraq, Ukraynanı Suriyadakı terror qruplaşmalarına dəstəyi dayandırmağa çağırıb. Bu barədə departamentin İslam Respublikası hökumətinin Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Nazirin köməkçisi və Avrasiya Departamentinin rəhbəri Müctəba Dəmirçilu bəzi Ukrayna rəsmilərinin qeyri-qanuni silah ticarəti və Ukraynanın Suriyadakı terror qruplaşmalarını dəstəkləməsi barədə məlumatlara işarə edərək, bu hərəkətləri ölkələrin terrorizmin qarşısının alınması və onunla mübarizə ilə bağlı beynəlxalq öhdəliklərinin pozulması adlandırıb və onların dayandırılmasını tələb edib”, – nəşr yazır.
Bundan əvvəl “New York Times” Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun (Amerika humanitar təşkilatı) icraçı direktoru Muaz Mustafaya istinadən yazıb ki, Suriyadakı terrorçular Rusiyaya qarşı mübarizə aparmaq üçün öz hərəkətlərini Ukrayna ilə əlaqələndirirlər.
Şayəstə Hüseynova