image-owl_detail_620_9594f26b73b8d1de219c1ed2d281e80bbackend

İran nüvə proqramı ilə bağlı danışıqlara icazə verir, amma bir şərtlə

“Tehran nüvə proqramı ilə bağlı danışıqlara icazə verir, lakin onun tam bağlanmasını müzakirə etməkdən imtina edir”.

Elchi.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyası məlumat yayıb.

“Əgər danışıqların məqsədi İranın dinc nüvə proqramını aradan qaldırmaqdırsa, onda belə danışıqlar heç vaxt baş tutmayacaq”, – İslam Respublikasının dünya təşkilatındakı nümayəndəliyi bildirib.

İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei bir müddət əvvəl bildirmişdi ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün İran ABŞ-la danışıqlar aparmayacaq. Onun sözlərinə görə, Tehran ABŞ-ın gözləntilərini doğrultmaq fikrində deyil.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki