image-snimok-yekrana-14backend

İran: İsrail rejiminə cavabla bağlı yekun qərar verilib

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kevseri İsrailin hücumuna görə qisas alınacağına işarə edərək, “Sionist İsrail rejiminə hərbi reaksiya ilə bağlı son qərarı Milli Təhlükəsizlik Şurası verib.
“İsrailə cavab “Real Promise 2” əməliyyatından daha dağıdıcı olacaq və biz bu məsələdə bölgədəki müqavimət qüvvələri ilə birgə hərəkət edəcəyik”, – deyə o bildirib.
Elchi.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kevseri İsrailin hücumundan sonra İranın cavab tədbirləri ilə bağlı açıqlamalar verib.
Kevseri deyib: “Milli Təhlükəsizlik Şurası sionist İsrail rejiminə hərbi reaksiya ilə bağlı yekun qərar qəbul edib və Şuranın bütün üzvləri İsrailə hərbi cavab verilməsi mövzusunda həmfikirdirlər.
Bu qərarın nə vaxt həyata keçiriləcəyi isə silahlı qüvvələrimizdən asılıdır. Əməliyyatın necə və nə vaxt aparılacağı ilə bağlı planlama aparılır. “İsrailə cavab “Real Promise 2” əməliyyatından daha dağıdıcı olacaq və biz bu məsələdə bölgədəki müqavimət qüvvələri ilə birgə hərəkət edəcəyik”, – deyə o bildirib.
Hökumət mənbələrinin İranın müharibə tələsinə çəkilməyə çalışdığına dair açıqlamalarını dəyərləndirən Kevseri İsrailə reaksiya ilə bağlı qərarın Milli Təhlükəsizlik Şurasına aid olduğunu bildirib. Kevseri, “Bəzi dövlət rəsmilərinin fikirləri belə ola bilər ki, İsrailə cavab verilməməlidir, lakin bu insanların alınacaq qərarda heç bir rolu yoxdur. Sionist İsrail rejiminə hərbi reaksiya ilə bağlı qərarı Milli Təhlükəsizlik Şurası verir” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki